Logo
    Honor-un 13 düym ekrana sahib olacaq yeni planşetinin render fotosu ortaya çıxıb

    Honor-un 13 düym ekrana sahib olacaq yeni planşetinin render fotosu ortaya çıxıb

      Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Honor şirkəti 13 düym ölçülü ekrana sahib olacaq yeni planşet üzərində çalışır. İndi isə sözügedən planşetin render fotosu ortaya çıxıb. Məlumata əsasən şirkətin yeni planşeti Honor Magic Pad adını əldə edəcək. Render foto Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxıb. Planşetin arxa kameralarının yerləşmə tərzi baxımından planşet Honor 50 smartfon seriyasını xatırladır. Honor Magic Pad planşetinin Snapdragon 888 prosessoru vasitəsilə çalışacağı və özündə 66 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirəcəyi gözlənilir. Planşetin 29 may tarixində Honor 90 smartfon seriyası ilə birgə təqdim ediləcəyi istisna deyil.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Honor-un 13 düym ekrana sahib olacaq yeni planşetinin render fotosu ortaya çıxıb