Honor V30 flaqman smartfonunun fotosu ortaya çıxdı
Elm & Texnologiya
13.11.2019
Farid Pardashunas
Çinin Weibo sosial şəbəkəsində Honor V30 flaqman smartfonunun fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfon 4 qradient rəngdə təqdim edilib: Ağ, qara, narıncı və göy. Bu barədə Huawei Central saytı xəbər verib. Fotodan da görmək olar ki,smartfon üçlü arxa kameraya sahib olacaq. İşıqlandırma sistemi isə həmin kameralar ilə bir sırada yerləşdiriləcək.
Həmçinin smartfonun arxa panelində barmaq izi skanı texnologiyası yoxdur. Güman etmək olar ki, o, smartfonun kənar hissəsinə inteqrasiya ediləcək. Son məlumat sızıntılarına əsasən adi Honor V30 modeli IPS LCD ekran, ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə, Kirin 990 prosessoru, 22.5 vatt gücündə olan sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya və 5G modem ilə təchciz olunacaq. Honor V30 modeli Honor V30 Pro ilə birlikdə 26 noyabr tarixində Çində təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ