Logo
    main-post-cover

    Honor Watch 4 smart saatı təqdim edilib - QİYMƏTİ

        Honor-un öz təqdimat tədbirində təqdim etmiş olduğu daha bir yeni məhsul Honor Watch 4 smart saatı oldu. Sözügedən smart saat eSIM dəstəyinə sahibdir və eSIM dəstəyinə sahib digər smart saat modelləri arasında bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışma özəlliyini özündə birləşdirir. Üstəlik Honor Watch 4 keyfiyyətli ekrana və sudan qorunmaya sahibdir. Beləliklə Honor-un yeni smart saatı 60 Hz-lik təsvir yenilənməsinə sahib 450х390 piksel keyfiyyətli 1.75 düym AMOLED ekran ilə təchiz olunub.
        Ekran 400-dən çox siferblatı dəstəkləyir. Honor Watch 4-də eSIM dəstəyinin olması səbəbilə daxil olan zənglərə hətta saatın smartfona qoşulu olmadığı halda da cavab vermək mümkün olur. Smart saat özündə 4 GB daxili yaddaş həcmini birləşdirir və istifadəçi bunun sayəsində smart saatda öz musiqilərini saxlaya bilər. Honor Watch 4 üstəlik kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipinə də sahibdir.
        Smart saatın gövdəsi su keçirtməzdir və 50 metr su dərinliyinə tab gətirə bilir. Bir dəfə şarj olunandan sonra isə o, adi rejimdə 10 gün ərzində çalışa bilir. Honor Watch 4 ürək döyüntülərini, qandakı oksigen miqdarını ölçə, stress səviyyəsini, yuxu keyfiyyətini və qadınlarda menstrual dövrü monitorinq edə bilir. Honor Watch 4 smart saatı 18 iyul tarixində Çində 140$ qiymətində satışa çıxacaq.
    Paylaş
    Bənzər xəbərlər