Logo
    main-post-cover

    Honor Watch 4-ün yeni fotoları ortaya çıxıb

        Honor şirkətinin sabahkı təqdimat tədbirində təqdim ediləcək yeni məhsullardan biri də Honor Watch 4 smart saatı olacaq. İndi isə bu smart saatın fotoları Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxıblar. Ortaya çıxmış fotolardan da görmək olar ki, smart saat kvadrat formalı gövdəyə və silikon kəmərə sahib olacaq. Ümumilikdə Honor Watch 4 xarici görünüşcə Apple Watch-u xatırladır. Smart saatın texniki göstəricilərinə gəldikdə isə artıq məlumdur ki, o, eSIM dəstəyini əldə edəcək və bir dəfə şarj olunandan sonra 10 gün ərzində çalışa biləcək. Honor Watch 4-ün AMOLED ekran və istifadəçi səhhətinin müxtəlif göstəricilərinin ölçülməsi üçün sensorlar ilə təchiz olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər