Logo
    main-post-cover

    Honor yeni büdcəli planşet üzərində çalışır

        Honor şirkəti qlobal bazarda yeni büdcəli planşetini təqdim etməyə hazırlaşır. İnsayderlər şirkətin yeni büdcəli planşeti barəsində məlumatları Google Play Console-da aşkar ediblər. Məlumatda qeyd edilib ki, Honor-un yeni büdcəli planşeti Honor Pad X9 adlanacaq. İnsayderlər bildiriblər ki, Honor Pad X9 planşeti 8 nüvəli Snapdragon 680 prosessoru vasitəsilə çalışacaq. Planşet özündə 2000x1200 piksel keyfiyyətli ekranı, 4 GB RAM-ı birləşdirəcək və 5G dəstəyinə sahib olacaq. Planşet Android 13 vasitəsilə çalışacaq. Honor Pad X9-un nə zaman təqdim olunacağı bilinmir. Sadəcə olaraq güman etmək olar ki, şirkət bu yeni büdcəli planşeti yaxın zamanda təqdim edə bilər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Honor yeni büdcəli planşet üzərində çalışır | Technote