Logo
    main-post-cover

    Honor yeni planşeti ilə smart saatının təqdimatına hazırlaşır

        Honor şirkəti 12 iyul tarixində növbəti təqdimat tədbiri keçirəcək. Keçiriləcək tədbirdə şirkət Magic V2 adlı yeni qatlana bilən smartfonunu təqdim edəcək. İndi isə şirkət tədbirdə daha hansı yeni məhsulları təqdim edəcəyi ilə bağlı məlumat verib. Beləliklə şirkətin rəsmi məlumatına əsasən 12 iyul tarixində Magic V2-dən əlavə olaraq MagicPad 13 planşeti və Honor Watch 4 smart saatı təqdim ediləcək. Təqdim edilmiş fotodan da görmək olar ki, Honor Watch 4 düzbucaqlı ekranı və eSIM dəstəyini əldə edəcək.
    Paylaş
    Bənzər xəbərlər