
HP Chromebook Plus noutbuku təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
04.10.2023
Emil
HP şirkəti Chromebook Plus x360 ilə kifayətlənməyərək HP Chromebook Plus adlı daha bir Chromebook-u təqdim edib. HP-nin sözügedən noutbuku 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 15.6 düym ekranla təchiz edilib. Ekranın yuxarı çərçivəsində isə Full HD keyfiyyətli veb kamera quraşdırılıb. HP Chromebook Plus Intel Core i3-N305 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 128/256 GB-lıq SSD-ni birləşdirir. Şirkətin verdiyi məlumata əsasən noutbuk bir dəfə şarj olunandan sonra 10 saat ərzində çalışa bilir. HP Chromebook Plus 2 ədəd USB-C girişinə, 1 ədəd USB-A girişinə və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişə sahibdir. Noutbuk bu həftənin sonuna kimi satışa çıxacaq və onun qiyməti 500$-dan start götürəcək.
Paylaş
Bənzər xəbərlər