Logo
    main-post-cover

    HP Chromebook Plus x360 noutbuku təqdim edilib - QİYMƏTİ

        HP şirkəti Lenovo, ASUSAcer birlikdə öz yeni Chromebook-nu anons edib. Söhbət, HP Chromebook Plus x360 adlı noutbukdan gedir. Beləliklə HP-nin bu yeni noutbuku 1920x1200 piksel keyfiyyətli 14 düym sensorlu WUXGA ekranla təchiz olunub. Ekran üstəlik stilus dəstəyinə də sahibdir. Noutbukun yuxarı qapağı 360 dərəcə qatlana bilir. Buna görə də HP Chromebook Plus x360-ı həmçinin planşet kimi də istifadə etmək olar.
        Noutbuk 12-ci nəsil Intel Core i5 prosessoru vasitəsilə çalışır və özündə Intel Iris Xe qrafikasını, 16 GB RAM-ı, 512 GB-lıq SSD-ni və Full HD keyfiyyətini təmin edən 5 MP-lik veb kameranı birləşdirir. Şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra noutbuk 10 saat ərzində çalışa bilir. HP Chromebook Plus x360 yaxın zamanda satışa çıxacaq və onun qiyməti 700$-dan start götürəcək.
    Paylaş
    Bənzər xəbərlər