Logo
    main-post-cover

    HP-dən yeni ağıllı çanta

    HP-nin istehsal etdiyi yeni çantanın, texnologiya sevərlərin marağına səbəb olacağı gözlənilir

    HP-nin təklif etdiyi çanta vasitəsilə artıq yeni bir şarj cihazına ehtiyac olmadan birbaşa çantanın özündən kompüterinizi şarj edə biləcəksiniz.Dizüstü kompüterlər bazarında aparıcı rol oynayan Hewlett Packard(HP) artıq kompüter və çanta hissələrini bir araya gətirərək telefon və kompüterlərinizi şarj edəcək yeni məhsulunu təqdim edib. HP-nin təqdim etdiyi bel çantası standart bel çantası anlayışını geridə qoyaraq fərqli bir iş ortaya çıxarıb. HP-nin tanıtdığı bel çantası daxilində 22.400mAh həcmində daşına bilən şarj çihazını saxlayaraq işinizi asanlaşdırmağı nəzərdə tutur. Yəni yalnız bu çanta sizi telefon və kompüter üçün şarj aparatı daşımaqdan azad edəcək. Dizayn baxımından həm daşına bilən, həm də digər məqsədlə istifadə oluna bildiyi üçün çox sərfəli hesab etmək mümkündür. Çantanın 200$ olacağı gözlənilir.

     

     
    Yeni çantanın bir qədər baha olmasını nəzərə alsaq deyə bilərik ki, normalda satılan daşına bilən şarj cihazları yüksək həcmli olsa da bəzi kompüterlər yüksək amper çıxışlara malik olurlar və eyni zamanda HP-nin bir çox kompüterlərləri kimi bəzən şarj cihazları ilə uyğunluq təşkil etmirlər. Bunu nəzərə alsaq bu təklifin çox uyğun olduğunu demək mümkündür.
    Paylaş
    Bənzər xəbərlər