HP süni zəka alqoritmləri ilə qarşılıqlı əlaqədə olmağa imkan verəcək yeni nəsil kompüterlər üzərində çalışır

HP süni zəka alqoritmləri ilə qarşılıqlı əlaqədə olmağa imkan verəcək yeni nəsil kompüterlər üzərində çalışır

Texnologiya
02.06.2023 PAYLAŞIM

    HP şirkəti təkmilləşdirilmiş arxitekturaya sahib yeni nəsil kompüter hazırladığını elan edib. Hazırlanan yeni nəsil kompüterlər istifadəçilərə süni zəka alqoritmləri ilə qarşılıqlı əlaqədə olmaq imkanını verəcək. Bu nailiyyətin əldə edilməsi üçün HP öz güclərini NIVIDIA, AMD Qualcomm ilə birləşdirib. Bununla yanaşı şirkət bu istiqamətdə proqram təminatı tərtibatçıları ilə də əməkdaşlıq edir. HP-nin CEO-su Enrique Lores-in sözlərinə əsasən yeni nəsil kompüterlər artıq 2024-cü ildə satışa çıxacaqlar və ənənəvi kompüterlərdən fərqlənəcəklər. Bu cür kompüterlərdə olacaq sistem istifadəçinin təbii dil vasitəsilə daxil etdiyi sorğuları emal edərək müəyyən nəticələr çıxaracaq.

    Hazırlanan bu yeni nəsil kompüterlər əsasən korporativ sahədə böyük tələbata sahib olacaqlar. Həmin kompüterlərdən tam şəkildə istifadə etmək üçün bulud serverlərə qoşulmaq lazım gələcək. Belə ki, bütün hesablama prosesi heç də yalnız lokal şəbəkə daxilində reallaşdırılmayacaq. Əlavə olaraq yeni nəsil kompüterlərdə olacaq təkmilləşdirilmiş arxitektura konfidensial məlumatların təhlükəsizliklərini təmin etməyə, məlumatların sürətlə analiz və emal edilmələrinə imkan verəcək. HP yeni nəsil kompüterlərin texniki göstəriciləri və satış qiymətləri barəsində məlumatları daha sonra təqdim edəcək.




DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×