
HTC 10 smartfonunun ilk fotoları təqdim olunub
Elm & Texnologiya
07.05.2017
Farid
Mobile World Congress 2016 sərgisinin son günündə HTC şirkəti yeni smartfonun ilk gizli fotolarını təqdim etmişdi. Mobil telefonlar sahəsinin məşhur simalarından biri olan Evan Blass VentureBeat portalında yeni smartfonun ilk render olunmuş fotolarını təqdim edib. Təqdim olunmuş fotolarda ağ rəngli yeni smartfonun müxtəlif tərəflərindən nümunələr göstərilmişdir. Lakin bunlar komputer vasitəsi ilə render olunmuş fotolardır. Blass-ın verdiyi məlumata görə şirkətin yeni smartfonu HTC 10 adlanacaq. Onun sözlərinə görə şirkət köhnə adlardan imtina edərək daha sadə adlara üstünlük verməyi üstün tutub. Əgər yadınızdadırsa əvvəlki smartfonlar HTC One M9, M8 və M7 adlanırdı. Həmçinin Blass qeyd edib ki, HTC 10 aprelin ortalarında təqdim olunacaq. Cihazın özünü isə may ayından başlayaraq əldə etmək mümkün olacaq.
Paylaş
Bənzər xəbərlər