Logo
    main-post-cover

    HTC, Android N yenilənməsini alacaq 3 telefonunun adını açıqladı

    Google’ın I/O 2016 tədbiri zamanı HTC, Twitter üzərindən etdiyi açıqlamada gələn il Android N yenilənməsini alacaq 3 telefon modelinin adını açıqladı.

    Google’ın I/O 2016 tədbirində Google 2016-cı il üçün Android N-in heç bir telefona verilməyəcəyini açıqlasada tədbir əsnasında HTC rəsmi olaraq 2017-ci ildə Android N yenilənməsini alacaq telefonlarının adını açıqlayıb. Twit-ə əsasən gələn il, HTC 10, HTC One M9 və HTC One A9 modelləri sözügedən yenilənməni alacaqlar. Yenilənmələrə olduqca tez reaksiya verən şirkətin telefonlarından bu 3 modeldən birinə sahib olan şəxslərdən biri də sizsəniz, o zaman Android N yenilənməsini ilk alacaq istifadəçilərdən biri olacaqsınız.


    Paylaş
    Bənzər xəbərlər