main-post-cover

    HTC əfsanəsi geri qayıdır: HTC Desire 20 Pro

    Elm & Texnologiya
    28.04.2020
    Nijat Hamid
            Maliyyə sıxıntıları çəkən HTC şirkətinin uzun zamandır ki, səsi-sorağı gəlmir. Lakin görünən odur ki, şirkət son dəfə cəhd etmək istəyir. HTC şirkətinin yeni Desire 20 Pro modeli Geekbench testlərində ortaya çıxdı. Smartfonun görünüşü öndən OnePlus 8-ə, arxadan isə Mi 10-a bənzəyir.

    HTC insayderlərindən olan LIabTooFeR bu smartfon haqqında bəzi məlumatları təsdiqlədi.

            Həmçinin HTC Desire 20 Pro smartfonunda qulaqlıq girişi də mövcud olacaq. Bayoma kod adlı bu cihaz sızdırılan Geekbench testlərinə görə MediaTek Helio G80 və ya Samsung Exynos 9611 çipsetlərindən birini istifadə edəcək. Lakin Geekbench tərəfinin dediklərinə görə isə Desire 20 Pro Snapdragon 660 və ya 665 çipsetlərini istifadə edəcək. Smartfonda həmçinin 6 GB həcmində ram olacaq.
            HTC fanları hələ də dünya üzərində bir xeyli var. Şirkət smartfonlarını uyğun qiymət ilə satışa çıxararsa tələb görəcəkdir. HTC şirkətinin ən çox tənqid edilən tərəfi smartfonlarını çox yüksək qiymətlərdən satması idi. 
     
    Linki kopyala