main-post-cover

    HTC ilə Apple şirkətləri smartfonların düzgün olmayan çalışma müddətləri üzrə günahlandırılırlar

    Elm & Texnologiya
    06.05.2019
    Farid Pardashunas
        İngiltərənin istehlakçılar üzrə assosiasiyası olan Which? bildirib ki, bir çox smartfonların avtonom çalışma üzrə real göstərciiləri istehsalçıların təqdim etdikləri göstəricilərdən daha aşağıdır. Bu əsasən Apple ilə HTC şirkətlərini əhatə edir. Bu barədə Android Authority saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə britaniyalıları danışıq zamanı smartfonların avtonom çalışma müddəti maraqlandırıb. Bunun üçün onlar bir sıra model smartfonları əldə edərək kiçik bir test aparıblar. Nəticədə məlum olub ki, 9 ədəd iPhone modeli Apple şirkətinin söz verdiyi kimi danışıq zamanı avtonom çalışma müddəti göstəricisini ortaya qoymayıb.

        Məsələn danışıq zamanı 23 saat ərzində enerji saxmalı olan iPhone XR modeli sadəcə olaraq 16 saat 52 dəqiqə dözüb. Şərtlərdən asılı olaraq göstəricilər şirkətin söz vediklərindən 18-51% aşağı olublar. HTC smartfonları ilə vəziyyət bir qədər yaxşıdır. Ortalama HTC smartfonları şirkətin söz verdiyi 20.5 saatdan 1 saat az çalışırlar. Bununla belə testdə iştirak etmiş HTC modellərinin adlarını Which? assosiasiyası qeyd etməyib. Nokia, Samsung Sony smartfonları yaxşı nəticələr sərgiləyiblər. Belə ki, onların avtonom çalışma müddətləri hətta şirkətlərin söz verdikləri göstəricilərdən daha çoxunu sərgiləyiblər. Məsələn Xperia Z5 Compact smartfonu şirkətin söz verdiyi 17 saat əvəzinə 26 saat çalışıb.

        Apple ilə HTC şirkətləri buna dərhal reaksiya verərək smartfonların hansı şəraitdə test edildikləri barəsində məlumatın verilməməsi üzrə assosiasiyanı günahlandırıblar. Smartfonlar neçə dəfə testdən keçiblər, zənglər zamanı mobil şəbəkədən və ya Wi-Fi-dan istifadə olunub, test zamanı smartfonlarda hansı tətbiqlər aktiv şəkildə olublar, smartfonların əməliyyat sistemlərinin hansı versiyaları olub və s.
        “Biz öz məhsullarımızı diqqətli şəkildə test edirik və batareyaların xidmət müddətləri tələbatlarını dəstəkləyirik. Aparat və proqram təminatı arasındakı sıx inteqrasiya sayəsində iPhone enerji sərfiyyatının intellektual idarəsi üçün layihələndirilib. Bu isə batareyanın maksimal xidmət müddətini uzatmağa yardımçı olur. Bizim test üsulumuz bu strategiyanı əks etdirir. Which? öz test üsullarını bizimlə bölüşmədiyi üçün biz öz nəticələrimiz ilə onların nəticələrini müqayisə edə bilmərik” - deyə Apple şirkəti bildirib.
        “Biz, HTC-də məhsulun performans parametrlərini səylə test edirik. Ayarlarda və test şəraitlərində olan müxtəliflik sayəsində danışıq zamanı şirkətin təyin etdiyi avtonom çalışma müddəti fərqlənə bilər” - deyə HTC şirkəti bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər