
"HTC"nin yeni təqdim etdiyi flaqman smartfonu HTC U11 haqqında bütün məlumatlar
Elm & Texnologiya
19.05.2017
Emil
Bir neçə gün bundan öncə “HTC” şirkəti özünün yeni flaqmanı
olan HTC U11-i təqdim etmişdi.

Təqdim olunmuş yeni smartfon, istifadəçiyə Edge Sense adlı
tamamilə yeni və qeyri-adi qarşılıqlı əlaqəni təqdim edir. Belə ki, bu funksiya
vasitəsilə istifadəçi, smartfonun müəyyən hissələrini sıxaraq bu və ya digər əməliyyatı
yerinə yetirə bilər. Dizayn baxımından yeni smartfon, HTC 10-a bənzəyir.
Cihazın aşağı hissəsində USB Type-C girişi ilə birlikdə səsgücləndirici yerləşdirilmişdir.
Gözlənildiyi kimi standart 3.5 mm-lik audiogiriş hissəsi yeni smartfonda
yoxdur. Şirkətin öz istehsal etdiyi qulaqlıqlar isə hər bir istifadəçinin istəyinə
uyğunlaşır və səsboğucu sistem ilə təchiz olunub. Bundan əlavə olaraq HTC U11,IP 67 standartına uyğun olaraq tozdan və su damcılarından qorunur. Lakin buna
baxmayaraq smartfon suya düşən zaman zədələnə bilər. Edge Sense, smartfonun kənar
hissələrində yerləşən təzyiq ötürücüləridir. İstifadəçi smartfonun korpusunu
sıxan zaman istifadəçi tərəfindən öncədən müəyyən təzyiq səviyyəsinə uyğun
seçdiyi əməliyyat işə düşür. Sadə sözlə desək ötürücülər bir növ düymə rolunu
oynayırlar. Məsələn korpusu sıxan zaman hansısa tətbiqi işə salmaq olar.
Korpusun müxtəlif tərzdə sıxılması, müxtəlif əməliyyatların işə düşməsini təmin
edir. İstifadəçilər həmçinin korpusu sıxma prosesinin gücünü də tənzimləyə bilərlər.
Öz texniki göstəricilərinə əsasən HTC U11 əsl flaqman adına
layiqdir. Belə ki, o, 5.5 inç Super LCD ekran (3D Corning Gorilla Glass qoruma
şüşəli), 8 nüvəli Snapdragon 835 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş
(microSD özəllikli), 3000 mAh enerji tutumlu batareya (Quick Charge 3.0 özəllikli),
12 MP-lik HTC UltraPixel 3 arxa kamera (4K videoçəkiliş, təsvirin optik və
elektron stabilizasiya sistem özəllikli) və Full HD videoçəkiliş özəllikli 16
MP-lik ön kamera ilə təchiz olunub. HTC U11 artıq bir sıra bazarlarda satışa
çıxıb. Onun qiyməti isə 650$ təşkil
edir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
