main-post-cover

    'HTC', öz mobil şöbəsini satacağı şirkəti tapdı

    Elm & Texnologiya
    07.09.2017
    Farid Pardashunas

    “HTC”, dünyada ilk Android smartfonu (HTC HD2) və digər maraqlı cihazları təqdim etmiş şirkət kimi tanınır.

    Lakin son illərdə şirkətin işləri heç də yaxşı getmir. Bir neçə müddət bundan öncə isə məlumat yayılmışdı ki, şirkət özünün mobil və virtual reallıq şöbələrini satmağı planlaşdırır. Çinin KİV (Kütləvi İnformasiya Vasitələri) agentlikləri məlumat verirlər ki, şirkət, lazımi alıcını artıq tapıb. Commercial Times adlı Çin agentliyinin məlumatlarına əsasən “HTC” hal hazırda öz mobil şöbəsinin satışı ilə bağlı “Google” şirkəti ilə danıqların son mərhələsindədir. Məlumata əsasən “Google” bu halda iki variantı gözdən keçirdir. Ya strateji əməkdaş olmaq, yada mobil şöbəni tamamilə almaq. Bununla yanaşı HTC Vive virtual reallıq cihazını hazırlamış şöbənin satışı bu müqavilədə iştirak etmir. Bu cür nəticə heç də təəccüblü deyil. Belə ki, keçən ilki Pixel Pixel XL smartfonlarını məhz “HTC” şirkəti istehsal etmişdi. Bir sıra məlumatlara əsasən gələn ay təqdim olunacaq Pixel 2Pixel XL 2 də bu şirkət tərəfindən istehsal olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər