
"HTC" rəsmi olaraq U Ultra və U Play modellətini təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Farid
"HTC” şirkəti öz yeni smartfon modelləri U Ultra və U Play-i təqdim etdi.
Smartfonlar şirkət üçün yeni,
lakin bazar üçün yeni olmayan funksiyalara sahibdirlər. Hər iki smartfon
modeli, cilalanmış alüminium korpusa sahibdir. Daha əvvəllər "HTC " öz
cihazlarında bu dizayndan istifadə etməmişdi. Lakin sözügedən dizayn bazar üçün
yeni deyil. Xarici görünüşcə smartfonlar, Galaxy seriyasına bənzəyirlər. HTC U
Ultra-nın ön panelinin üst hissəsində LG V10 və V20-dəki kimi əlavə ekran yerləşdirilmişdir.
Həmin ekranda bildirişlər və digər əlavə məlumatlar əks olunur. Smartfon,
istifadəçinin davranışlarını analiz edir və xüsusi alqoritm ona lazım olan məlumatları
əks etdirir. Sözügedən "ağıılı” alqoritm, HTC Sense Companion adlandırılıb.
Bu "ağıllı” alqoritm, istifadəçiyə
hansı günün səhəri smartfonu 100% şarj etməyi, yanında şarj cihazını
götürüb-götürməməyi və hansı tətbiqlərin daha çox enerji sərfiyyatına səbəb
olduqlarını söyləyəcək. Bundan əlavə olaraq səsli köməkçi istifadəçiyə uyğun
qiymət civarında keyfiyyətli restoranları məsləhət görəcək, istirahət günlərində
zəngli saatı söndürməyi yada salacaq və pis hava haqqında məlumat verəcək. Bir
sözlə sözügedən səsli köməkçi, Siri və Google Assistant kimi standart köməkçidir.
Lakin buna baxmayaraq şirkət onu süni zəka adlandırır. Əslində Sense Companion
böyük diqqətə sahib olmadı. Əsas marağı cəlb edən isə smartfonun qiymətidir.
Belə ki, HTC U Ultra-nın 64 GB daxili yaddaş versiyası 749$ qiymətinə
satılacaq. Bu, Google Pixel XL-in qiyməti ilə eynidir. Qeyd etmək lazımdır ki, hər iki model 3.5 mm-lik audiogirişdən məhrum olub. Onu USB Type-C girişi əvəz edir. HTC U Ultra-nın texniki göstəriciləri
aşağıdakı kimidir.
- 5.7 inç QHD ekran və 2 inç-lik əlavə
ekran
- 8 nüvəli Snapdragon 821 prosessoru
- 4 GB RAM və 64/128 GB daxili
yaddaş (2 TB-a kimi microSD dəstəyi)
- 3000 mAh enerji tutumlu batareya
(Quick Charge 3.0 sürətli enerji yığma özəllikli)
- 15 MP-lik arxa və 12 MP-lik ön
kamera
- Android 7.0 Nougat əməliyyat
sistemi.
Flaqman smartfon U Ultra ilə
yanaşı şirkət həmçinin U Play modelini də təqdim edib. Əlavə ekranı olmayan bu
sadə və kompakt model öz funksionallığı ilə heçdə geridə qalmır. Sözügedən
smartfon əlavə ekrana sahib olmasa da Sense Companion texnologiyasını özündə
saxlayıb. Texniki göstəricilərinə gəldikdə isə U Play, 5.2 inç Full HD ekran,
MediaTek Helio P10 prosessoru, 3/4 GB RAM, 32/64 GB daxili yadda, 2500 mAh enerji
tutumlu batareya, 16 MP-lik arxa və 16 MP-lik ön kamera ilə təchiz olunub.
Cihaz, Android 6.0 Marshmallow sistem əməliyyatı vasitəsilə çalışır. Onun qiyməti
isə 440$ təşkil edəcək. Hər iki smartfonun satışları mart ayında başlayacaq.
Paylaş
Bənzər xəbərlər