main-post-cover

    HTC şirkəti 5G şəbəkə dəstəkli yeni flaqman smartfon üzərində çalışır

    Elm & Texnologiya
    10.09.2018
    Farid Pardashunas
        Böyük maliyyə problemlərinin olmasına baxmayaraq HTC şirkəti hələ də smartfonlar üzərində çalışmağa davam edir. Şirkətin baş mühəndisi Kevin Kuo-nun məlumatlarına əsasən HTC hal hazırda Snapdragon 855 flaqman prosessoru əsasında çalışacaq smartfon üzərində çalışır. Smartfon həmçinin Qualcomm şirkətinin yeni Snapdragon X50 çipi ilə də təchiz olunacaq. Qeyd etmək lazımdır ki. bu çip smartfonun 5G şəbəkəsi ilə çalışması üçün lazımdır. Təəssüflər olsun ki, sözügedən smartfon barəsində başqa heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, HTC-nin yeni flaqman modeli genişformatlı QHD+ ekran, 6/8 GB RAM və çox güman ki, ikili arxa kamera ilə təchiz olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər