
HTC şirkəti Desire 12 və Desire 12 Plus smartfonlarını təqdim etdi
Elm & Texnologiya
20.03.2018
Emil
Mart ayında yeni smartfon təqdimatı
marafonunu HTC şirkəti davam etdirir. Beləliklə şirkət HTC Desire 12 və Desire
12 Plus modellərini təqdim etdi. Hər iki smartfon 18:9 nisbətində ekrana, şüşədən
hazırlanmış arxa panelə və Project Treble dəstəkli Android Oreo əməliyyat
sisteminə sahibdir. Adi Desire 12 modeli 1440x720 piksel keyfiyyətli 5.5 inç
IPS ekran, 4 nüvəli MediaTek MT6739 prosessoru, 2/3 GB RAM, 32 GB daxili yaddaş
(microSD dəstəkli), f/2.2 diafraqmalı 13 MP-lik arxa kamera, f/2.4 diafraqmalı
5 MP-lik ön kamera və 2730 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Desire 12 Plus modelinə gəldikdə isə o, həminki ekrana sahibdir. Lakin ölçü
baxımından Plus modeli 6 inç-lik ekrana sahibdir. Əsas texniki göstəricilərə gəldikdə
isə Desire 12 Plus 8 nüvəli Snapdragon 450 prosessoru, 3 GB RAM, 32 GB daxili
yaddaş, f/2.2 diafraqmalı 13 MP + 2 MP ikili arxa kamera, f/2.0 diafraqmalı 8
MP-lik ön kamera və 2965 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bütün
bunlardan əlavə olaraq Plus modelinin arxa panelində həmçinin barmaq izi skanı
texnologiyası da var. Məlumata əsasən satılacağı regiondan asılı olaraq adi
Desire 12 185-199 avro qiymətinə, Desire 12 Plus isə 235-249 avro qiymətinə
satılacaq. Hər iki smartfonun gələn ay satışa çıxacağı planlaşdırılır.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
