main-post-cover

    HTC şirkəti Desire 12S büdcəli smartfon modelini təqdim edib

    Elm & Texnologiya
    17.12.2018
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə özünün kriptovalyuta sahəsində Exodus adlı ilk smartfon modelini təqdim edəndən sonra HTC şirkəti büdcəli smartfonlara keçid etdi. Belə ki, şirkət Desire 12S modelini təqdim etdi. Qeyd etmək lazımdır ki, şirkət bu ilin mart ayında Desire 12Desire 12+ modellərini təqdim etmişdi.

        Beləliklə Desire 12S modeli 18:9 nisbətli 1440x720 piksel keyfiyyətli 5.7 düym ekran, 8 nüvəli Snapdragon 435 proessoru, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş, 3075 mAh enerji tutumlu batareya, f/2.2 diafraqmalı 13 MP-lik arxa kamera və f/2.4 diafraqmalı 13 MP-lik ön kamera ilə təchiz olunub. Smartfonun arxa panelində həmçinin barmaq izi skanı texnologiyası yerləşir. HTC Desire 12S smartfonu HTC Sense U interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon gələn aydan 195$ qiymətində satılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər