main-post-cover

    HTC şirkəti Exodus 1s adlı büdcəli kriptovalyuta smartfonunu təqdim etdi

    Elm & Texnologiya
    21.10.2019
    Farid Pardashunas
        Hələ bu ilin may ayında HTC şirkəti Exodus 1s adlı kriptovalyuta smartfonu barəsində planlarını açıqlamışdı. Həmin vaxtda şirkət bildirmişdi ki, yeni smartfonun qiyməti 300$-dan baha olmayacaq. Belə də oldu. Şirkət keçən il təqdim edilmiş HTC Exodus smartfon modelinin daha büdcəli versiyası olan Exodus 1s-i təqdim etdi. Bu barədə Gizchina saytı xəbər verib. Yeni smartfonun əsas özəlliklərdən biri də odur ki, onda bitcoin bağlamasını işə salmaq mümkündür. Bu səbəb ilə istifadəçi sözügedən smartfonda bütün kriptovalyuta registrini 400 GB-dan aşağı olmayan microSD kartda saxlaya bilər.
        Baxmayaraq ki, aktual olan kriptovalyuta registri 260 GB yer tutur, həmçinin hər il registr həcminin 60 GB artmasını da nəzərə almaq lazımdır. Offline baza isə öz növbəsində konfidensiallığı və bitcoin tranzaksiyalarını təmin edir. HTC şirkəti bitcoin bağlamasını smartfonun şarj prosesi zamanı işə salmağı məsləhət görür. Belə ki, bu proses yüksək enerji sərfiyyatını tələb edir.
        Əsas texniki göstəricilərə gəldikdə isə Exodus 1s smartfonu HD+ keyfiyyətli 5.7 düym ekran, Snapdragon 435 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 13 MP-lik arxa kamera və 13 MP-lik ön kamera ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, smartfona yerləşdirilən microSD kart multimedia fayllarının saxlanılması üçün nəzərdə tutulmayıb və microSD kartın həcmi 512 GB-dan aşağı olmamalıdır. Exodus 1s Android 8.1 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 220 avro qiymətində satılacaq. Onun ayrıca yaddaş kartını isə şirkət daha sonra təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər