HTC şirkəti öz məşhur smartfonlarından birinin yeni modelini satışa çıxardacaq
Elm & Texnologiya
18.11.2019
Farid Pardashunas
2000-ci illərin ortasında HTC şirkəti ən məşhur smartfon istehsalçılarından biri idi. Məhz bu şirkət HTC Dream adlı ilk Android smartfonu satışa çıxardıb. Görünür, şirkət Nokia və Motorola-nın yolu ilə gedərək öz məşhur smartfon modellərindən birinin yeni versiyasını satışa çıxardacaq. Bu barədə Phonearena saytı xəbər verib. Şirkətin HTC Creative Labs şöbəsinin rəhbəri Drew Bamford öz Twitter hesabında şirkət pərəstişkarlarına sual verib.
Həmin sualda pərəstişkarların əvvəlki HTC smartfonlarından hansının yeni texnologiyalarla təchiz olunmuş versiyasını görmək istədikləri soruşulub. İstifadəçilərin fikirləri müxtəlif olub. İstifadəçilərdən çoxu HTC One M7 smartfon modelinin yeni versiyasının təqdim olunmasını istəyiblər. Kimisi isə Touch HD2 və ya One M8 modelinin yeni versiyasını istəyib.
Smartfonlar siyahısında həmçinin Hero, One X, Titan və digər modellər də olub. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə şirkət təsdiq etmişdi ki,o, gələn il virtual reallıq texnologiyasını ikinci plana çəkərək smartfon istehsalına geri qayıdacaq. Gələn il şirkət öz yeni flaqman smartfon modelini təqdim etməlidiir. Heç istisna deyil ki, həmin smartfon şirkətin daha əvvəllər satışa çıxmış modellərdən birinin təkmilləşdirilmiş versiyası olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ