HTC şirkəti Vive XR Elite adlı qarışıq reallıq (AR + VR) cihazını təqdim edib - QİYMƏTİ

HTC şirkəti Vive XR Elite adlı qarışıq reallıq (AR + VR) cihazını təqdim edib - QİYMƏTİ

Texnologiya
06.01.2023 PAYLAŞIM

    HTC şirkəti CES 2023 sərgisi çərçivəsində Vive XR Elite adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edib. Təqdim edilmiş MR cihazın əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, smartfona və ya kompüterə qoşulmanı tələb etmir və tamamilə avtonom vəziyyətdə çalışa bilir. Gözləntilərə əsasən HTC Vive XR Elite Meta şirkətinin Quest seriyasına daxil olan VR cihazları və Apple tərəfindən hazırlanan MR cihaz ilə rəqabət aparacaq. Vive XR Elite HTC tərəfindən əvvəlki VR cihazları üçün təqdim edilmiş tətbiqləri və oyunları dəstəkləyir. Sözügedən yeni cihaz ilk növbədə oyun oynayanlar, müxtəlif kontentləri izləyənlər və onu işdə istifadə edəcək insanlar üçün nəzərdə tutulub.


    MR cihazın çəkisi 625 qramm təşkil edir. O, Meta Quest 2-dən bir qədər ağır, lakin 722 qramm çəkiyə sahib Meta Quest Pro-dan bir qədər yüngüldür. Cihaza quraşdırılmış rəngli kameralar və əlavə sensorlar istifadəçiyə qarışıq reallığa daxil olmağa imkan verirlər. HTC Vive XR Elite cihazının sahib olduğu ekran istifadəçinin hər bir gözü üçün 2K keyfiyyətində görüntünü təmin edir. Bununla yanaşı ekran 90 Hz-lik təsvir yenilənməsinə sahibdir və cihazın özü ümumilikdə 110 dərəcə bucaq əhatəsini təmin edir. MR cihaz 12 GB RAM 128 GB daxili yaddaş ilə təchiz olunub. O, Snapdragon XR2 prosessoru vasitəsilə çalışır. Qeyd etmək lazıdmır ki, 2021-ci idə satışa çıxmış Meta Quest 2 VR cihazı da sözügedən prosessora sahibdir.

    HTC Vive XR Elite özündə həmçinin 4 ədəd genişbucaqlı kameranı birləşdirir. Həmin kameralar əl və ya xüsusi idarəetmə təchizatlarının hərəkətlərini izləyirlər. Gündəlik həyatda eynəkdən istifadə edənlər üçün chazın optikasının ayarlanması funksiyası reallaşdırılıb. MR cihaz 2 saat ərzində çalışmağa kifayət edəcək 2 ədəd batareyaya sahibdir və batareyalar cihazın arxa hissəsinə bərkidilir. MR cihaz USB Type-C girişi vasitəsilə şarj olunur. HTC Vive XR Elite gələn ay 1099$ qiymətində satışa çıxacaq. Komplektə həmçinin 2 ədəd batareya və idarəetmə təchizatları daxil olacaqlar. Yaxın aylar ərzində baş tutacaq MWC 2023 sərgisi çərçivəsində isə şirkət MR cihazın korporativ versiyasını təqdim edəcək.



DAHA ÇOX


Google Pixel 8 smartfonlarında istifadə edilən Tensor G3 prosessoru barəsində mə..

Artıq sabah Google şirkəti Pixel 8 smartfon seriyasını təqdim edəcək.


Lenovo IdeaPad Gaming Chromebook Plus noutbuku təqdim olunub - QİYMƏTİ

Lenovo şirkəti özünün IdeaPad Chromebook Plus seriyasını IdeaPad Gaming Chromebook Plus adlı yeni no..


ASUS Chromebook Plus CX34 noutbuku təqdim edilib - QİYMƏTİ

Google yeni chromebook-u təkcə Acer ilə əməkdaşlıq çərçivəsində təqdim etməyib. Belə ki, şirkət bu m..


Acer Chromebook Plus 514 noutbuku təqdim edilib - QİYMƏTİ

Acer şirkəti Google ilə birlikdə Acer Chromebook Plus 514 adlı yeni Chromebook-u təqdim edib.


Apple micro-LED ekranı ilk əvvəl növbəti Apple Watch Ultra-ya inteqrasiya edəcək..

İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Apple şirkəti micro-LED ekranlı Apple Watch smar..


Huawei öz smartfonları üçün fərdi kamera sensorlarını hazırlayır

Çinli insayderlərdən birinin vermiş olduğu məlumata əsasən Huawei şirkəti özünün kamera sensorlarını..

×