main-post-cover

    HTC şirkəti Wildfire R70 adlı yeni büdcəli smartfonunu təqdim etdi

    Elm & Texnologiya
    28.02.2020
    Farid Pardashunas
        Uzun zaman ərzində barəsində səs-səmir gəlməyən HTC şirkəti yeni ildə ilk smartfon modeli olan Wildfire R70-i təqdim etdi. Sözügedən smartfon büdcəli smartfonlar seriyasına daxildir və onun əsas özəllikləri sırasında böyük ölçülü ekran, üçlü arxa kamera və böyük həcmli batareya var. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə HTC Wildfire R70 smartfonu HD+ keyfiyyətli 6.53 düym IPS ekrana sahibdir. Ekran üzərində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib.
        Əsas texniki özəlliklərə gəkdikdə isə smartfon MediaTek Helio P23 prosessoru, Mali-G71 MP2 qrafik sürətləndirici, 2 GB RAM, 32 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəkli), 16 MP (f/1.75 diafraqmalı) + 2 MP (f/2.4 diafraqmalı) + 2 MP (f/2.4 diafraqmalı) üçlü arxa kamera, 8 MP-ik (f/2.0 diafraqmalı) ön kamera və 10 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Onu da qeyd etmək lazımdır ki, smartfonun arxa panelində həmçinin barmaq izi skanı texnologiyası da var. Smartfonun şarj prosesi isə micro-USB girişi vasitəsilə reallaşdırılır. HTC Wildfire R70-in nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumatlar daha sonra veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər