main-post-cover

    'HTC' şirkəti yenilənmiş HTC Vive Pro virtual reallıq cihazını təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    09.01.2018
    Farid Pardashunas
    CES 2018 tədbiri çərçivəsində “HTC” şirkəti HTC Vive virtual reallıq cihazının təkmilləşdirilmiş versiyası olan HTC Vive Pro-nu təqdim etdi.
    HTC Vive Pro VR cihazı 2880x1600 piksel keyfiyyətli ekran, Oculus Rift-dəki kimi qulaqlıqlar və yenilənmiş bərkidilmə sistemi ilə təchiz olunub. İsitfadəçi başına bərkidilmə sisteminin yenilənməsi sayəsində cihaz rahat, yüngül və erqonomik olub. Bundan əlavə olaraq cihaz həmçinin ikili ön kamera və mikrofonlara da sahibdir. Cihaz yaradıcılarının sözlərinə əsasən bu yeniliklər VR tətbiq və oyun yaradıcılarına yeni imkanlar yaradacaq. HTC Vive Pro birinci və ikinci versiya SteamVR sistemi ilə çalışır. Yenilənmiş virtual reallıq cihazının satış tarixi və qiyməti barəsində isə heç bir məlumat verilməyib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər