Logo
    main-post-cover

    HTC Snapdragon vasitəsilə çalışacaq yeni VR cihaz üzərində çalışır

    Elm & Texnologiya
    16.11.2022
    Emil
        İnsayderlərdən birinin verdiyi məlumata əsasən HTC şirkəti yeni VR cihaz üzərində çalışır. Məlumatda qeyd edilib ki, hazırlanan VR cihazın adı hələ ki, məlum olmasa da, onun bəzi özəllikləri barəsində artıq məlumatlar var. Verilmiş məlumata əsasən HTC-nin yeni VR cihazı xarici görünüşcə HTC Vive Flow modelini xatırladacaq. Avtonom vəziyyətdə çalışma imkanları məsələsində isə yeni VR cihaz HTC Vive Focus 3-ə bənzəyəcək. Məlumatda qeyd edilib ki, yeni VR cihaz 5 ədəd kamera ilə təchiz olunacaq. Onlardan dördü ətraf mühitin skan edilməsindən cavabdeh olacaq.
     
        Bu üsul ilə istifadəçi VR cihazı baş nahiyəsindən çıxartmadan ətraf mühiti izləyə biləcək. VR cihazın idarəetmə təchizatlarına gəldikdə, onlar HTC Vive Focus 3-ün idarəetmə təchizatlarına bənzəyəcəklər. HTC-nin yeni VR cihazı özündə 120 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1920 piksel keyfiyyətli 2 ədəd ekran və Snapdragon XR2 Gen 2 prosessoru ilə təchiz olunacaq. Məlumata əsasən yeni VR cihaz modul konstruksiyasına sahib olacaq. Bu o deməkdir ki, VR cihazın ayrı-ayrı hissələrini çıxartmaq və daha təkmilləşdirilmiş versiyalar ilə əvəzləmək mümkün olacaq. HTC-nin yeni VR cihazının nə zaman təqdim olunacağı barəsində məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər