
HTC U Play və HTC U Ultra smartfonlarının texniki göstəriciləri sızdırıldı
Elm & Texnologiya
08.05.2017
Çinin Weibo adlı sosial şəbəkəsinə, təqdimata hazırlaşan HTC U Play və HTC U Ultra smartfonlarının texniki göstəriciləri sızdırılıb.
İlkin məlumatlara əsasən HTC U Play, 5.2 inç Full HD ekran,
MediaTek Helio P10 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş, 2500 mAh enerji
tutumlu batareya, 16 MP-lik arxa və 16 MP-lik ön kamera ilə təchiz olunacaq.
Bundan əlavə yeni smartfonda standart 3.5 mm-lik audiogirişin yerinə USB Type-C girişinin olması gözlənilir. HTC U Ultra isə 6 inç Quad HD ekran, Qualcomm
Snapdragon 835 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 4000 mAh enerji
tutumlu batareya, 24 MP və 13 MP-lik ikili arxa və 16 MP-lik ön kamera ilə təchiz
olunacaq. Hər iki smartfonun 12 Yanvar tarixində keçiriləcək xüsusi tədbirdə təqdim
olunacağı gözlənilir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...