main-post-cover

    HTC U11 EYEs rəsmi olaraq təqdim olundu

    Elm & Texnologiya
    15.01.2018
    Farid Pardashunas
    Gözlənildiyi kimi bugün Tayvanda HTC U11 EYEs modeli təqdim olundu.
    Yeni model artıq 2 ildir ki, var olan Snapdragon 652 prosessoru əsasında çalışaraq təəccüblü və maraqlı heç bir özəllik təqdim etmir. Zəif prosessor ilə təchiz olunmuş smartfon həmçinin 4 GB RAM, 64 GB daxili yaddaş və 3930 mAh enerji tutumlu batareyaya sahibdir. Bu cür batareya HTC U11+ modelində də var. Lakin zəif prosessor hesabına U11 EYEs modeli daha çox enerji saxlama özəlliyinə sahibdir.

    Bu cür özəlliklər ilə smartfonların bir-birinə oxşarlığı bitmir. HTC U11 EYEs 6 inç-lik Super LCD3 ekranla təchiz olunub. U11, U11+U11 Life modellərində olduğu kimi U11 EYEs da Edge SenseUSonic texnologiyalarına sahibdir. Barmaq izi skanı isə arxa paneldə yerləşir. Smartfon Edge Sense interfeysli Android 7 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. HTC U11 EYEs hələki Çin bazarında satılacaq və 505$ dəyərində olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər