
HTC U12 haqqında ilk məlumatlar sızdırıldı
Elm & Texnologiya
05.12.2017
Emil
İtaliyanın Keyforweb adlı saytı “HTC” şirkətinin növbəti flaqman modeli olacaq U12 haqqında ilk məlumatları təqdim edib.
Verilmiş məlumata əsasən HTC U12
şirkətin ilk çərçivəsiz ekrana sahib modeli olacaq və 4K ekran və ikili arxa
kamera ilə təchiz olunacaq. Bundan əlavə olaraq yeni model şüşəli korpusa sahib
olacaq və ənənəvi 3.5 mm-lik audiogirişdən məhrum olacaq. Smartfonun təqribi
qiyməti və onun nə zaman təqdim olunacağı barəsində hələki heç bir məlumat
yoxdur.

Qeyd etmək lazımdır ki, “HTC” tək-tük şirkətlərdən biridir ki, hələki
öz çərçivəsiz ekranlı smartfon modelini təqdim etməyib. Çox güman ki, bu trend
üzrə gedəcək ilk smartfon modeli məhz U12 olacaq. Ümid edirik ki, bu smartfon
insanları hal hazırda olan trendlərlə deyil, nəsə qeyri-adi bir özəlliyi ilə təəccübləndirə
biləcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
