main-post-cover

    HTC U12-nin ilk fotosu sızdırıldı

    Elm & Texnologiya
    03.01.2018
    Emil Nəcəfov
    İnternetə hələ anonsu olmamış HTC U12 smartfonunun ilk fotosu sızdırılıb.
    Fotodan da görmək olar ki, yeni cihaz tam ekrana sahib olacaq. Bununla yanaşı fotoda görmək olar ki, onun çərçivələri və ön kamerası demək olarki görünmürlər. Smartfon Home düyməsinə sahib deyil. Korpusun ucları dairəvi şəkildədir, ekran isə kənar tərəflərdən dairəvi formaya sahibdir. Onun sağ tərəfində smartfonu blocka salmaq üçün və səsin tənzimlənməsi üçün düymələri var. Çox güman ki, barmaq izi skanı smartfonun arxa panelində yerləşəcək. Digər məlumata əsasən isə barmaq izi skanını təkmilləşdirilmiş Face ID texnologiyası əvəz edəcək. Məlumatlara inansaq HTC U12 5.99 inç 4K ekranla, Snapdragon 845 prosessoru və ikili arxa kamera ilə təchiz olunacaq. Smartfonun bu ilin May ayında təqdim olunacağı gözlənilir.

    Linki kopyala