main-post-cover

    HTC U12 Plus'ın ilk real fotoları sızdırıldı

    Elm & Texnologiya
    28.04.2018
    Farid Pardashunas
    HTC şirkəti bu il yalnız bir ədəd flaqman smartfon təqdim edəcək. Söhbət HTC U12 Plus modelindən gedir. Smartfon barəsində demək olar ki, hər şey məlumdur. Lakin onun real fotoları yenicə sızdırılıb. Beləliklə smartfon 18:9 nisbətli 5.5 inç LCD ekran ilə təchiz olunacaq. Cihaz şüşədən hazırlanmış arxa panelə sahibdir və həmin arxa paneldə barmaq izi skanı texnologiyası yerləşir.

    Məlumata əsasən şirkət barmaq izi skanına alternativ olaraq həmçinin HTC Face Unlock texnologiyasını da təqdim edəcək. Smartfonun ekranı Corning Gorilla Glass qoruyucu şüşəsi ilə qorunur. Onun korpusu isə IP68 standartı üzrə tozdan və sudan qorunma özəlliyinə sahibdir. Beləliklə smartfonu 30 dəqiqə ərzində suya salmaq mümkündür.

    HTC U12 Plus modeli həmçinin Edge Sense 2.0 yeni nəsil həssas çərçivələr texnologiyasına da sahib olacaq. Qeyd etmək lazımdır ki, bu texnologiya sayəsində smartfon istifadəçi əlinin korpusu hansı sərtliklə sıxmasına reaksiya verir. Korpusun əl ilə sıxılmasının sərtliyindən asılı olaraq isə smartfonun kamerasını, işıqlandırma sistemini və ya hansısa digər funksiyasını işə salmaq olar. Smartfon ikili arxa və ikili ön kameralar ilə təchiz olunacaq və bütün kameralar təsvirin optik stabilizasiyası özəlliyinə sahib olacaqlar.

    Digər texniki göstəricilərə gəldikdə isə HTC U12 Plus 8 nüvəli Snapdragon 845 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəyi), 12 MP + 12 MP ikili arxa kamera, 8 MP + 8 MP ön kamera və 3420 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon Sense 10 interfeysli Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, HTC U12 Plus modelinin təqdimatı May ayında baş tutacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər