Logo
    main-post-cover

    HTC X10-nun foto və texniki göstəriciləri sızdırıldı

    Weibo sosial şəbəkəsinə hələ anonsu baş tutmayan HTC X10 smartfonunun foto və texniki göstəriciləri sızdırılıb.

    İlkin məlumatlara əsasən HTC X10, 5.5 inç Full HD ekran, 8 nüvəli MediaTek Helio P10 prosessoru, Mali-T860 qrafik çipi, 3 GB RAM ilə təchiz olunacaq. Cihaz, fotonun optik stabilizassiya sistemli və RAW dəstəkli 13 MP-lik arxa kameraya sahib olacaq. HTC X10, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Onun təqribi qiyməti isə 290$ təşkil edəcək. Güman olunur ki, büdcəli HTC X10, 12 Yanvar tarixində, CES 2017 tədbirindən sonrakı vaxtda Las Veqasda təqdim olunacaq.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    HTC X10-nun foto və texniki göstəriciləri sızdırıldı | Technote