Logo
    main-post-cover

    HTC yeni büdcəli planşet üzərində çalışır

        HTC şirkəti smartfon və VR cihazlar ilə yanaşı həmçinin planşetlərin hazırlanması ilə də məşğul olur. İnsayderlərin vermiş olduqları məlumata əsasən şirkət yeni büdcəli planşetini təqdim etməyə hazırlaşır. Məlumatda qeyd edilib ki, HTC-nin yeni büdcəli planşeti A103 Plus kod adına sahibdir. O, Full HD keyfiyyətli 10.1 düym ekran ilə təchiz olunacaq. Bununla yanaşı planşet özündə MTK8768A model nömrəsinə sahib prosessoru birləşdirəcək.
        Məlumata əsasən sözügedən model nömrəsinə sahib prosessor 2.0 GHz 1.5 GHz tezliklərdə çalışan Cortex-A53 nüvələri ilə təchiz olunub. Planşet 4 GB RAM-a, 64 GB daxili yaddaş həcminə (256 GB-a kimi microSD dəstəkli), 5 MP-lik əsas arxa kameraya və 6000 mAh enerji tutumlu batareyaya sahib olacaq. HTC-nin yeni büdcəli planşetinin nə zaman təqdim olunacağı bilinmir. Lakin bunun yaxın həfətələr ərzində baş tutacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər