
"HTC" yeni büdcəli smartfonu Desire 650-ni təqdim etdi
Elm & Texnologiya
08.05.2017
"HTC” şirkəti öz yeni smartfonu Desire 650-ni təqdim edib.
Qiyməti 170$ olacaq yeni smartfon artıq şirkətin kataloqunda
var. Smartfonun texniki göstəricilərini müasir smartfonlarla bir tutmaq olmaz. Lakin orta təbəqə üçün həmin göstəricilər heçdə pis deyil. Beləliklə Desire
650, 5 inç ekran, 4 nüvəli Snapdragon prosessoru (prosessorun dəqiq modeli
haqqında hələki məlumat yoxdur), 2 GB RAM, 16 GB daxili yaddaş (microSD dəstəklənir),
2200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Kameralara gəldikdə isə
smartfon 13 MP-lik arxa və 5 MP-lik ön kameraya sahibdir. Arxa kamera 28 mm-lik
fokus məsafəsinə sahibdir və onunla Full HD formatında videolar çəkmək olar.
Smartfon Android 6.0 Marshmallow əməliyyat sistemi üzərində çalışacaq və bu
ilin Dekabr ayında satışa çıxacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...