
"HTC"dən "Apple"a cüt arxa kamera barədə ismarıc
Elm & Texnologiya
07.05.2017
Farid
Yeni iPhone modelləri təqdim olunması ilə bir çoxları tərəfindən bəyənilsədə, istər funksionallığı, istərsə də qiyməti baxımından tənqid olunmağa davam edir. Bu dəfəki tənqid HTC-dən gəldi.
"Apple" keçdiyimiz günlərdə yeni iPhone 7 və iPhone 7 Plus modelini təqdim etdi. İstər dizayn, istərsə də yeni funksiyaları
ilə diqqət çəkən iPhone modelləri rəqibləri tərəfindən tənqid olunmağa davam
edir. Əslində mobil cihaz bazarında cüt arxa kameraya sahib bir çox telefon
mövcuddur. Apple isə bu yeniliyi ilk dəfə məhz yeni təqdim etdiyi modeldə
ortaya çıxarıb. Təbii ki, bu halda rəqiblərindən
geri qalan "Apple” yeni bir şey təqdim edirmiş kimi görünməsi bir çoxlarının
reaksiyasına səbəb olub. Bu haqda öz rəsmi Twitter hesabında bir tweet paylaşan "HTC" iki il əvvəl tanıtımını etdiyi HTC One M8 modelini yada salıb.
Öz tweet-də "Apple" və onun yeni məhsulları haqda heç bir söz söyləməsə də, açıq-aydın bu yolla
öz rəqibinə iradını bildirmiş oldu. Haqsız da sayılmaz. Mesajda da göründüyü
kimi "2 il əvvəl” sözü böyük yazılıb. Bundan əlavə HTC One M8 modeli dünyanın
ilk cüt kameraya sahib telefonudur.
Paylaş
Bənzər xəbərlər