main-post-cover

    Huawei 3-cü səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə veriləcəyini açıqlayıb

    Elm & Texnologiya
    09.06.2023
    Emil Nəcəfov
        Huawei şirkətinin istehlakçı biznesi şöbəsinin rəhbəri Yu Chengdong 3-cü səviyyəli (L3) avtopilot sistemi texnologiyasının standartlarının Çində inteqrasiya ediləcəyi müddəti təsdiqləyib. Qeyd etmək lazımdır ki, hal hazırda Çində Tesla və digər istehsalçıların avtomobilləri ikinci səviyyəli (L2) avtopilot sistemlərinə sahibdirlər.
        Avita Technology Conference 2023 adlı konfrans çərçivəsində Yu Chengdong bildirib ki, L3 səviyyəli avtopilot həllərinin istifadəyə verilməsi bu ayın sonu üçün planlaşdırılır. Aprel ayında AITO M5 adlı elektromobilin baş tutmuş təqdimatı zamanı Huawei rəsmisi qeyd etmişdi ki, elektromobil HUAWEI ADS 2.0 avtopilot sisteminə sahibdir və bu sistem Tesla-nın avtopilot sistemindən daha güclüdür.
        Qeyd etmək lazımdır ki, HUAWEI ADS 2.0 özündə təkmilləşdirilmiş təhlükəsizlik sistemini birləşdirir. Bu təhlükəsizlik sistemi avtomobil yolunda maneələrin təyin edilməsi özəlliyinə sahibdir. Bununla yanaşı HUAWEI ADS 2.0 özündə həmçinin yüksək sürətlə hərəkət zamanı avtomobil davranışının optimizasiyasını, yaxşılaşdırılmış naviqasiya sistemini və parking zamanı sürücüyə yardım sistemini birləşdirir. Huawei şirkətinin L3 səviyyəli avtopilot sistemini ilk əldə edəcək avtomobillərin modelləri barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər