Logo
    main-post-cover

    Huawei 5G dəstəkli Matepad C7 adlı yeni planşetini təqdim edib

    Elm & Texnologiya
    09.11.2022
    Emil
        Huawei şirkəti 5G dəstəkli Matepad C7 adlı yeni planşetini təqdim edib. Təqdim edilmiş bu planşet müxtəlif sahələrdə çalışma və ya korporativ istifadə üçün nəzərdə tutulub. Beləliklə Matepad C7 planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 10.95 düym IPS LCD ekran ilə təchiz olunub. Planşetin ekranı Huawei M-Pencil stilusunun dəstəyinə sahibdir. Əsas texniki göstəricilərə gəldikdə isə MatePad C7 planşeti Snapdragon 865 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 13 MP-lik arxa kamera, 8 MP-lik ön kamera və 22.5 vatt gücündə sürəti şarj texnologiyalı 7250 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı planşet özündə 4 ədəd səsgücləndiricini birləşdirir və HarmonyOS 2 əməliyyat sistemi vasitəsilə çalışır. Sözügedən əməliyyat sistemi planşet ekranının iki hissəyə bölünməsini dəstəkləyir. Bu halda istifadəçi eyni anda müxtəlif tətbiqlərdən istifadə edə bilər. Huawei MatePad C7-nin nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumat daha sonra veriləcək.
    Paylaş
    Bənzər xəbərlər