Logo
    main-post-cover

    Huawei 5G dəstəkli prosessorların əldə edilməsi mümkünlüyü ilə bağlı məlumatı təkzib edib

     
        Dünən məlumat yayıldı ki, Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxmış məlumata əsasən ABŞ hökuməti Huawei şirkətinə 5G dəstəkli prosessorların satış qadağasını aradan qaldırıb və bu səbəbə görə də Huawei tərəfindən təqdim ediləcək Mate 60 smartfon seriyası Snapdragon 8 Gen 2 prosessorunun 5G versiyasını əldə edə bilər. İndi isə məlum olub ki, ortaya çıxmış bu məlumat tamamilə əsassızdır.
        Belə ki, o, Huawei şirkətinin icraçı direktoru Yu Chengdong tərəfindən təkzib edilib. Yu Chengdong ortaya çıxmış bu məlumatlara fikir bildirən zaman qeyd edib ki, onlar həqiqəti əks etdirmirlər. Beləliklə yaxın zamanda Huawei şirkətindən 5G dəstəkli yeni smartfonun şahidi olmaq mümkün olmayacaq. Bununla belə şirkət genişlənmə tempini sürətləndirmək niyyətindədir. Belə ki, Huawei bu il üçün 40 milyon satılmış smartfon göstəricisinə çatmaq kimi bir iddialı hədəfə sahibdir.
    Paylaş
    Bənzər xəbərlər