
Huawei 5G dəstəkli yeni mobil prosessorların testlərinə artıq start verib
Elm & Texnologiya
22.08.2023
Emil
Son zamanlarda Huawei şirkətinin öz smartfonlarına 5G dəstəyini geri qaytaracağı barəsində daha çox məlumat ortaya çıxır. Yeni məlumata əsasən isə şirkət 5G dəstəkli yeni prosessorlarını artıq test etməyə başlayıb. Bu məlumat ABŞ sanksiyalarına baxmayaraq Huawei şirkətinin 5G dəstəkli smartfonlar bazarına geri qayıdacağını təsdiqləyir. Şirkətin baş icraçı direktoru Richard Yu bu ayın əvvəlində bildirmişdi ki, şirkətin 5G dəstəkli smartfonlar bazarına geri qayıtmaq ehtimalı var.
Çinin kütləvi informasiya vasitələri isə bildirmişdilər ki, şirkətin 5G dəstəkli yeni smartfonları bu il ərzində satışa çıxacaqlar. Bir neçə gün bundan öncə Çin mediasında məlumat ortaya çıxdı ki, hansısa şirkət tərəfindən 5G dəstəkli yeni prosessorlar test edilir. Nəzərə alsaq ki, Qualcomm-un Huawei-yə 5G dəstəkli prosessorları satmaq kimi bir icazəsi yoxdur, görünür, Huawei bu məsələdə öz güclərinə bel bağlayıb.
Qeyd etmək lazımdır ki, ABŞ sanksiyalarından öncə Huawei 5G dəstəkli Kirin prosessorlarını istehsal edirdi. Lakin bu prosessorların TSMC şirkətinin köməkliyi ilə istehsal edildikləri üçün ABŞ sanksiyaları Huawei şirkətinə bu imkandan faydalanmağı qadağan etdi. Son məlumat sızıntılarına əsasən Huawei hal hazırda 5G dəstəkli prosessorların hazırlanması məsələsində Çinin SMIC adlı şirkəti ilə əməkdaşlıq edir.
Paylaş
Bənzər xəbərlər