main-post-cover

    Huawei 85 günə 10 milyon ədəd Huawei P30 smartfonu satıb

    Elm & Texnologiya
    28.06.2019
    Farid Pardashunas
        ABŞ hökuməti ilə olan problemlərə baxmayaraq Huawei şirkəti P30 flaqman smartfon seriyasının əla satış nəticələrini təqdim edib. Bu barədə MyDrivers saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə Şanxayda keçirilmiş MWC sərgisi zamanı Huawei Consumer Business şöbəsinin rəhbəri bildirib ki, 20 iyun tarixində P30 smartfonlarının satış göstəricisi 10 milyon təşkil edib. Bu cür nəticəni əldə etmək üçün şirkətə 85 gün vaxt lazım olub. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki P20 smartfonu bu cür nətinəni 150 günə, Mate 20 flaqman seriyası isə daha çox zamana əldə edib. Qeyd etmək lazımdır ki, P30 seriyası 3 smartfon modelindən ibarətdir: P30, P30 Pro P30 Lite.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər