Logo
    main-post-cover

    Huawei Always-on-Display funksiyasına sahib yeni smart saat üzərində çalışır

        İnsayderlərin verdikləri məlumata əsasən Huawei şirkəti Always-on-Display funksiyasına sahib olacaq yeni smart saat üzərində çalışır. İnsayderlər Huawei Health tətbiqində ortaya çıxmış fotonu təqdim ediblər və həmin fotoda yeni smart saatın dizaynı əks olunub. Təqdim edilmiş fotodan da görmək olar ki, hazırlanan yeni smart saat dairəvi formalı ekrana və klassik gövdə dizaynına sahib olacaq. Fotoda smart saatın ekranındakı siferblat bir neçə hissəyə bölünüb.
        Bölünmüş hissələrdə müxtəlif məlumatlar əks olunub və bununla belə ekranın bir hissəsi qeyri-aktiv şəkildədir. Qeyd etmək lazımdır ki, Always-on-Display funksiyası daha öncə Huawei Watch 3Watch GT 3 smart saatlarında reallaşdırılmışdı. Lakin insayderlərin verdikləri məlumata əsasən yeni smart saatda sözügedən funksiyanın daha az enerji sərfiyyatına sahib alqoritmindən istifadə ediləcək. Huawei şirkətinin hazırladığı bu yeni smart saatın texniki özəllikləri və nə zaman təqdim olunacağı bilinmir. Gözləntilərə əsasən smart saat bu ilin sonuna kimi təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər