main-post-cover

    Huawei Android'ə alternativ olan bir yeni əməliyyat sistemi üzərində işləyir

    Elm & Texnologiya
    29.04.2018
    Nijat Hamid
    Bildiyimiz kimi ABŞÇin arasındakı problemlər Huawei ZTE kimi firmalara böyük təsir edir. Bunun üzərinə sızan bəzi məlumatlara görə Huawei şirkəti Android ƏS-inə alternativ yeni bir sistem üzərində işləyir. Buna səbəb isə ZTE şirkətinin cəsusluqla ittiham edilməsi və telefonlarında Android ƏS-i istifadə etməsinin qadağan oluna biləcəyi təhlükəsidir. Konqressdə alınan qərarlardan sonra ABŞ rütbəli şəxslər Huawei telefonlarının alınmasını məsləhət görmədiklərini dedilər.
    Əgər ABŞ Huawei-ə  ZTE şirkətinə göstərdiyi təzyiqləri göstərərsə və Android lisenziyasını əlindən alarsa, Huawei şirkəti də telefonlarında öz əməliyyat sistemini işlədəcək.    
    Qeyd etməliyik ki, bu şirkətin ən son planı olaraq vurğulanır. Və ona görə gizlicə təkminləşdirilir. Nəzərə alsaq ki, mobil sistem bazarının 99%-ini AndroidiOS idarə edir, o zaman Huawei-n bu planı çox da uğurlu səslənmir. Nəticədə ABŞ hələki bu şirkətə qarşı sanksiyalar tətbiq etməyib və hələ də Android-in mükəmməl bazasından istifadə edə bilirlər. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər