Logo
    main-post-cover

    Huawei Band 8 smart qolbağının təqdimatı anons edilib

        Huawei şirkəti 17 aprel tarixində yeni təqdimat tədbiri keçirəcək. Baş tutacaq tədbirdə şirkət nova 11 smartfon seriyasını və Enjoy 60X smartfonunu təqdim edəcək. Lakin məlum olub ki, təqdimat tədbiri çərçivəsində şirkətin daha bir yeni məhsulu təqdim ediləcək. Huawei tərəfindən Çinin Weibo sosial şəbəkəsində paylaşılmış posterə əsasən söhbət, Huawei Band 8 smart qolbağından gedir. Təqdim edilmiş posterdən də görmək olar ki, smart qolbaq düzbucaqlı AMOLED ekran ilə təchiz olunacaq və böyük ehtimal ilə ekran Always-on-Display funksiyasının dəstəyinə sahib olacaq. Smart qolbaq barəsində digər bir məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər