Huawei böyük ölçülü ekrana sahib yeni MatePad Pro planşetinin təqdimatını anons edib

Huawei böyük ölçülü ekrana sahib yeni MatePad Pro planşetinin təqdimatını anons edib

Texnologiya
19.09.2023 PAYLAŞIM

    Keçən həftə məlumat ortaya çıxmışdı ki, Huawei şirkəti böyük ölçülü ekrana sahib yeni MatePad planşeti üzərində çalışır. Yeni planşetin MatePad Pro 13.2 olacağı güman edilirdi. Nəticədə bu məlumat özünü doğrultdu. Belə ki, Huawei özünün yeni planşeti olacaq MatePad 13.2-nin təqdimatını anons edib. Şirkətin rəsmi anonsuna əsasən sözügedən yeni planşet 25 sentyabr tarixində Çində təqdim olunacaq.


    Adından da bəlli olduğu kimi yeni MatePad Pro modeli 13.2 düym ölçülü ekran ilə təchiz olunacaq. Bu, MatePad seriyasında hər hansısa planşet modelinin əldə etdiyi ən böyük ölçülü ekran olacaq. Planşetin digər texniki göstəriciləri barəsində məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, MatePad Pro 13.2 planşeti yüksək göstəricidə təsvir yenilənməsinə sahib ekranı əldə edəcək və Kirin 9000s prosessoru vasitəsilə çalışacaq.



DAHA ÇOX


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..


Ray-Ban Meta Smart Glasses smart eynəyi təqdim edilib - QİYMƏTİ (VİDEO)

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Ray-Ban Meta Smart Glasses smart eynəyini təqd..

×