
Huawei bu ayın sonuna yaxın yeni MatePad planşetlərini təqdim edəcək
Elm & Texnologiya
08.05.2023
Emil
Huawei şirkəti sabah P60 smartfon seriyası ilə qatlana bilən Mate X3 smartfonunun qlobal versiyalarını təqdim edəcək. Lakin indi məlum olub ki, şirkət bu ay daha bir təqdimat tədbiri keçirəcək. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən növbəti təqdimat tədbiri 18 may tarixində Çində baş tutacaq. 18 may tarixində baş tutacaq təqdimatda MatePad seriyasına daxil olacaq yeni planşetlərin təqdimatları gözlənilir. Güman olunur ki, təqdim ediləcək planşetlərdən biri də MatePad Air olacaq. Bəzi məlumatlara əsasən MatePad Air planşet modeli nazik gövdə, Snapdragon 888 prosessoru və 40 vatt gücündə sürətli şarj texnologiyalı 8200 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Planşet iki versiyada satışa çıxacaq. Onlardan biri Wi-Fi, digəri isə LTE dəstəyinə sahib olacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
