main-post-cover

    Huawei Çində 14 günə 1 milyondan çox Honor 20 smartfonu satıb

    Elm & Texnologiya
    17.06.2019
    Farid Pardashunas
        Huawei şirkəti özünün Honor brendi altında satışa çıxmış Honor 20 smartfon modelinin satış nəticələrini təqdim edib. Bu barədə ITHome saytına istinadən Gagadget saytı xəbər verib. Honor 20 modeli Çində bu ayın əvvəlində satışa çıxmışdı. Rəsmi məlumatlara əsasən şirkət ilk 14 gün ərzində 1 milyondan çox Honor 20 modeli sata bilib.

        Bundan əlavə olaraq sözügedən smartfon 280-430$ qiymət göstəricili smartfonlar arasında TMall adlı online mağazasında birinci yerdə qərarlaşıb. Smartfon 12 gün ərzində ilk pillədə qala bilib. ABŞ sanksiyaları səbəbilə Honor 20 modeli hələki qlobal bazarda satışa çıxmayıb. Lakin şirkət yaxın zamanda smartfonun bir sıra Avropa ölkələrində satışa çıxmasına hazırlaşır. Avropa bazarında Honor 20 modeli 500 avro qiymətində satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər