Huawei-dən 5G dəstəkli MatePad Pro planşeti - QİYMƏTİ

Huawei-dən 5G dəstəkli MatePad Pro planşeti - QİYMƏTİ

Texnologiya
24.02.2020 PAYLAŞIM

    Huawei şirkəti MatePad Pro planşet modelinin Avropa bazarı üçün nəzərdə tutulmuş qlobal versiyasını təqdim etdi. Sözügedən planşet modelinin əsas özəllikləri arasında nazik çərçivəli ekran, ekrana inteqrasiya edilmiş ön kamera, yüksək performanslı prosessor və yüksək batareya həcmi var. Bundan əlavə olaraq MatePad Pro planşeti daha öncədən yalnız smartfonlarda rast gəlinən unikal şarj texnologiyasını da əldə edib. Beləliklə MatePad Pro planşeti 2560x1600 piksel keyfiyytli 10.8 düym ekran əldə edib.

    Ekranın piksellər sıxlığı isə 280 ppi təşkil edir. Bununla yanaşı planşetin ekranı nazik çərçivələrə sahibdir və xüsusi oxuma rejimini dəstəkləyir. Ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə smartfonlarda olduğu kimi ekranın yuxarı sol tərəfinə inteqrasiya edilib. Bütün bunları nəzərə alaraq planşet ekranı cihazın ön panelinin 90%-ni əhatə edir. MatePad Pro-nun digər bir əsas özəlliyi də ondan ibarətdir ki, o, Huawei M-Pen stilusuna sahibdir. Sözügedən stilus 4096 tərz təzyiqi təyin edə bilir.

    Əsas texniki göstəricilərə gəldikdə isə planşet 8 nüvəli Kirin 990 5G prosessoru, Mali-G76 qrafik sürətləndirici, 6/8 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 13 MP-lik (f/1.8 diafraqmalı) arxa kamera, 8 MP-lik (f/2.0 diafraqmalı) ön kamera, sürətli şarj texnologiyalı 7250 mAh enerji tutumlu batareya, Wi-Fi və LTE modul ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra MatePad Pro planşeti video izləmə rejimində 13 saat ərzində çalışa bilər. Bununla yanaşı planşet 15 vatt gücündə naqilsiz şarj texnologiyasını və 7.5 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir. Planşet EMUI 11 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Huawei MatePad Pro planşeti bu ilin aprel ayında satışa çıxacaq. Planşetin qiymətləri aşağıdakı kimi olacaq:

- 6 GB RAM + 128 GB daxili yaddaş həcmi + Wi-Fi modul - 549 avro

- 8 GB RAM + 256 GB daxili yaddaş həcmi + Wi-Fi modul - 649 avro

- 6 GB RAM + 128 GB daxili yaddaş həcmi + LTE modul - 599 avro

- 8 GB RAM + 256 GB daxili yaddaş həcmi + LTE modul - 699 avro

- 8 GB RAM + 256 GB daxili yaddaş həcmi + 5G modem - 799 avro

- 8 GB RAM + 512 GB daxili yaddaş həcmi + 5G modem - 949 avro.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


LG şirkəti LG G seriyasını ləğv etməyi və unudulmuş digər smartfon seriyasını bə..

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, LG şirkətinin növbəti flaqman smartfon ..


OnePlus 8 smartfon seriyasının təqdimat tarixi rəsmi olaraq elan edildi (VİDEO)..

Çoxlu sayda olmuş məlumat sızıntısından sonra OnePlus şirkəti sonunda OnePlus 8 smartfon seriyasının..


'Azərkosmos' Tacikistanda keçirilən 'Məsafədən zondlama metodları ilə məhsulun p..

Bakı, 30 mart 2020  – “Azərkosmos” Tacikistanda Dünya Bankının qrant dəstəyi ilə “Kənd Təsərrüfatı S..


Honor 30S və Honor Play 9A smartfonları təqdim olundular - QİYMƏTİ

Huawei şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Honor Çində Honor 30S smartfon modelini tə..


Huawei şirkəti Google ilə əməkdaşlıq planlarından danışdı

Keçən il ABŞ hökuməti tərəfindən tətbiq edilmiş sanksiyalar səbəbilə Huawei şirkəti öz smartfon mode..


Samsung-dan 5000 mAh batareyalı Galaxy M11 smartfonu

Samsung şirkəti öz rəsmi saytında Galaxy M seriyasının yeni modeli olan Galaxy M11-i təqdim etdi. ..