Huawei-dən idman tərz dizaynda hazırlanmış Watch GT2e smart saatı - QİYMƏTİ

Huawei-dən idman tərz dizaynda hazırlanmış Watch GT2e smart saatı - QİYMƏTİ

Texnologiya
27.03.2020 PAYLAŞIM

    Dünən Huawei şirkəti P40 flaqman smartfon seriyası ilə birlikdə həmçinin Watch GT2e adlı smart saat modelini də təqdim etdi. Faktiki olaraq bu, standart GT2 smart saatıdır. Lakin yeni model idman tərz dizaynda hazırlanıb və cavan insanlar üçün nəzərdə tutulub. Sözügedən smart saat modeli 2 həftə ərzində avtonom rejimdə çalışmağı və istifadəçinin fiziki aktivliklərini təyin etməyi bacarır. Sudan qorunan və paslanmaz poladdan hazırlanmış 46 mm ölçülü gövdəyə sahib Huawei Watch GT2e smart saatı 454x454 piksel keyfiyyətli 1.39 düym AMOLED ekran ilə təchiz olunub.

    Digər GT2 modellərində olduğu kimi GT2e modelində də Bluetooth 5.1 dəstəkli Kirin A1 prosessorundan istifadə olunub. Bu smart saat idman məşqləri zamanı fiziki aktivliyi təyin etməyi, istifadəçi tərəfindən atılmış addımları saymağı, yandırılmış kaloriləri hesablamağı, ürək döyüntülərini və qanda olan oksigen miqdarını təyin etməyi bacarır. Bununla yanaşı istifadəçi GT2e vasitəsilə smartfonuna gələn zəngləri qəbul edə, bildirişlərə baxa və musiqi idarəetməsini reallaşdıra bilər.

    Bundan əlavə olaraq smart saatın sahib olduğu 4 GB daxili yaddaş həcminə 400-ə yaxın musiqi yükləmək olar. Beləliklə istifadəçi smartfona ehtiyac duymadan smart saat vasitəsilə istədiyi musiqiləri dinləyə bilər. Şirkətin orijinal prosessoru və proqram təminatı sayəsində GT2e modeli 455 mAh enerji tutumlu batareyanın köməyilə 14 gün ərzində avtonom rejimdə çalışa bilir. Huawei Watch GT2e 20 aprel tarixində 199 avro qiymətində satışa çıxacaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Samsung şirkəti LCD ekranların istehsalını tamamilə dayandıracaq

Uzun müddət ərzində mobil cihazlarda LCD ekranlardan istifadə olunurdu. Lakin son illərdə bu cür ekr..


iPhone X-ə Windows 10 əməliyyat sistemi quruldu (Video)

iPhone X smartfonuna virtuallaşdırma proqramları ilə Windows 10 ƏS-i quruldu.


GitHub, açıq qaynaqlı kodları 1000 il qoruyacaq yeni proyekt hazırlayır

GitHub, açıq qaynaqlı kodları 1000 il qoruya biləcək zaman kapsulası hazırlayır.


Windows 10 20H1 (2004) yenilənməsi kompüterləri sürətləndirəcək

Windows 10 20H1 yenilənməsi kompüterləri sürətləndirəcək bəzi yeniliklər ilə istifadəçilərə təqdim e..


Windows 10-u 192 MB-lıq RAM-a sahib kompüterdə işə sala bildilər

Windows 10 əməliyyat sisteminin texniki tələbləri o qədər də yüksək deyil. Belə ki, hal hazırda aktu..


Microsoft Edge, mart ayının ən çox yüklənən 2-ci brauzeri oldu

Microsoft Edge brauzeri rəqiblərini keçərək keçən ay ən çox yüklənən 2-ci brauzer ola bildi...