main-post-cover

    Huawei'dən telefonlara dopinq: GPU Turbo texnologiyasının yayımlanma təqvimi bəlli oldu

    Elm & Texnologiya
    29.06.2018
    Nijat Hamid
    Huawei yaxın vaxtlarda GPU Turbo adında bir texnologiya tanıtdı. Kirin çipsetlərini dəstəkləyən bu texnologiya hesabına artıq Huawei telefonları daha performanslı olacaq, əlavə olaraq batareya sərfiyyatı da azalacaq. Açıqlanan rəqəmlərə görə bu texnologiya qrafika gücünü 60% artıracaq, enerji sərfiyyatını isə 30% azaldacaq. İndi isə bu texnologiyanın hansı modellərə hansı tarixdə gələcəyi bəlli oldu.
    Hal-hazırda Honor i9 modelində olan GPU Turbo texnologiyası Huawei şirkətinin orta və üst seqment cihazlarına yenilənmə vasitəsilə gələcək.        
    Flaqman və Mate seriyası üçün:
    • Huawei P20/P20 Pro- Avqust 
    • Mate 10/10 Pro/RS- Avqust
    • P20 Lite/P Smart/Nova 2i/Mate 10 Lite- Sentyabr
    • Huawei Y9- Sentyabr
    • Mate 9/9 Pro- Noyabr
    • Huawei P10/P10 Plus- Noyabr    
    Honor seriyası üçün:
    • Honor 10- Avqust
    • Honor 9 Lite- Sentyabr
    • Honor V10- Sentyabr
    • Honor 7X- Sentyabr
    • Honor 8 Pro/9- Noyabr
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər