Huawei dünənki təqdimat ilə bağlı Apple şirkətini trolladı (VİDEO)

Huawei dünənki təqdimat ilə bağlı Apple şirkətini trolladı (VİDEO)

Texnologiya
13.09.2018 PAYLAŞIM

    Apple şirkəti dünən axşam öz yen flaqman smartfon modellərini təqdim etdi. Şirkətin rəqibləri isə vaxt itirmədən həmin təqdimatda ciddi innovasiyaların olmadığını şirkətə hər üsulla bildirməyə can atırlar. Huawei şirkəti də geridə qalmayaraq Apple şirkətini qısa video ilə trollayıb. Həmin videoda Huawei gələn ay təqdim edəcəyi Mate 20 smartfon modelini anons edir. Bununla yanaşı şirkət sözün əsl mənasında yeni bir şeyi təqdim edəcəyinə söz verib. Dünən təqdim olunmuş iPhone XS modelləri keçən ilki iPhone X-in təkmilləşdirilmiş versiyalarıdır.

    Yeni modellər xarici görünüşcə iPhone X-ə bənzəyirlər. Fərqlilik isə onların ölçülərində və texniki göstəricilərindədir. Baxmayaraq ki, Apple şirkəti bu cür inkişafı stabillik adlandırır, Huawei üçün bu, yerində saymaqdır. Şirkətin videosunda Huawei, yeni bir şeyin təqdim olunmaması ilə Apple şirkətinə təşəkkürünü bildirib və indi ilin ulduzu olmaq üçün Huawei bütün şanslara sahibdir. Beləliklə Huawei Mate 20 flaqman modelinin təqdimatını səbrsizliklə gözləyirik. Bəlkə həmin təqdimatda Huawei bizləri təəccübləndirə biləcək.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TSMC şirkəti ilk 3 nanometrlik prosessorların nə zaman istifadəyə veriləcəyini a..

Mobil prosessorlar sahəsinin ən böyük istehsalçılarından biri olan TSMC 3 nanometrlik texnoloji pros..


Elon Musk, Tesla-nın 5-ci səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə ver..

Bir neçə gün bundan öncə baş tutmuş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk şirkətin p..


Tədqiqatçılar kiçik ölçüdə olan şüşə üzərinə 75.6 TB həcmdə məlumat yaza biliblə..

İnsan tərəfindən generasiya olunan rəqəmsal məlumatın sayı yüksək temp ilə artır. Lakin məlumatların..


AMD təsdiqlədi: Yeni RX 6000 seriyalı videokartlar Nvidia RTX 3000 kimi stok pro..

AMD rəsmisi olan Frank Azor-un verdiyi məlumata görə yeni RX 6000 videokartlarında stok problemi olm..


Microsoft şirkəti yeni Edge brauzerində edilən optimizasiyalar haqqında məlumat ..

Microsoft şirkəti Edge brauzerində etdiyi optimizasiyalar haqqında məlumat verib.


Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib..

Elon Musk, Tesla Model S elektromobilinin yeni təkmilləşdirilmiş versiyası olan Model S Plaid-i təqd..

×